Azərbaycanın U-21 millisinin Avro-2021-in seçmə mərhələsində Lixtenşteynə qarşı keçirəcəyi oyuna hakim təyinatlar açıqlanıb.

Open.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü kiprli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Lukas Sotirius olacaq. Ona yan xətlərdə Çaralambos Çaralambous və Yoannis Lazarous köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kriakos Kristodoulos yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.