Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

Open.az xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan milli komanda 3:0 hesabı ilə qalib gəlib.

***

23:43

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində səfərdə qarşılaşdığı Farer adaları yığması ilə oyunda hesabı açıb.

Open.az xəbər verir ki, millinin 20 nömrəli futbolçusu Riçard Almeyda matçın 28-ci dəqiqəsində rəqib qapıçıdan qayıdan topu tora qovuşdurub.

***

22:53

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirir.

Open.az xəbər verir ki, D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağıdır.

Paytaxt Torshavnda “Torsvollur” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.