Azərbaycan I Divizionunda X turun "Turan Tovuz" - MOİK oyunu 1 dəqiqəlik sükutla başlayıb.

Open.az xəbər verir ki, görə, bu gün dünyasını dəyişmiş Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov və bir neçə gün öncə vəfat etmiş Tovuz klubunun sabiq prezidenti Namiq Məstanovun xatirəsi belə yad edilib.

Həftəsonu Azərbaycan Premyer Liqasının XII turunun matçlarından əvvəl də sükut olacağı gözlənilir.

Qeyd edək ki, həm Elbrus Abbasov, həm də Namiq Məstanov koronavirusun qurbanı olub.