Macarıstan çempionatında azarkeşlərin oyunları stadiondan izləməsinə icazə verilib.

Open.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Tribunalarda sosial məsafəyə əməl edilməli olduğu bildirilib. Fanatlar müəyyən olunmuş qaydalara əsasən oyunu izləyəcəklər. Onlar hər dörd oturacaqdan bir əyləşəcəklər. Eyni zamanda azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Klublar həftənin sonuna qədər göstərilən qaydalara uyğun təşkilatı işləri yekunlaşdıra bilməsə, azarkeşlər gələn həftədən tribunlarda yerini alacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub.

Əlavə edək ki, pandemiya dövründə Avropada azarkeşlərin çempionat oyunlarını tribunadan izləməsinə icazə verilməsi ilk haldır.