UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Open.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, namizədlər sırasında Oliviye Jiru,(“Çelsi”, “İngiltərə”), qabonlu forvard Pyer-Emerik Obemeyanq (“Arsenal”, İngiltərə), çexiyalı yarımmüdafiəçi Tomaş Souçek (“Slaviya Praqa”, Çexiya) və brazilyalı forvard Jonas Oliviera (“Benfika”, Portuqaliya) yer alıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Manaf Qasımbəyli