Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Open.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Arsenal"ın futbolçusu Nikolas Pepe hamını qabaqlayıb. O, səsvermədə Ryan Kristi ("Seltik"), Ussama İdrissi ("Alkmar") və Franko Vaskesi ("Sevilya") geridə qoyub.

Qeyd edək ki, 24 yaşlı hücumçu qrup mərhələsinin 3-cü turunda "Vitoriya Gimaraeş"lə matçda (3:2) dubla imza atıb.