Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Open.az xəbər verir ki, turnirdə ölkəmizin yeganə təmsilçisi olan "Qarabağ" klubu Türkiyə "Sivasspor"u ilə qarşılaşıb.

Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar olaraq rəqibini İstanbulda qəbul edən "Qarabağ" klubu bu görüşdən də məğlub ayrılıb. Ağdam təmsilçisi oyun ərzində iki dəfə hesabda irəli keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib - 2:3.

Bu nəticədən sonra son Azərbaycan çempionu 1/16 final mərhələsinə yüksəlmək şansını itirib.

Qrupun digər oyununda "Makkabi" (Təl-Əviv) doğma meydanda "Vilyarreal"la 1:1 bərabərə qalıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində növbəti matçını dekabrın 3-də "Makkabi"yə qarşı keçirəcək.


26 noyabr

Avropa Liqası, I qrupu

"Qarabağ" (Azərbaycan) – "Sivasspor" (Türkiyə) - 2:3

Qollar: Adbullah Zubir, 8 (1:0), Kone, 40-pen (1:1), Uroş Matiç, 51 (2:1), Kayode, 56 (2:2), Kone, 79 (2:3)

Baş hakim: Yakob Kehlet (Danimarka)

İstanbul. “Başakşəhər” Fatih Terim Stadionu


"Makkabi" (Təl-Əviv, İsrail) - "Vilyarreal" (İspaniya) - 1:1

Qollar: Baena, 45, Pesik, 47 (1:1)