"Qarabağ" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Open.az-ın məlumatına görə, buna turnirin III təsnifat mərhələsi çərçivəsində keçirilən "Legiya" (Polşa) - "Drita" (Kosova) matçından sonra aydınlıq gəlib.

Doğma divarlar arasında rəqibinə 2 cavabsız qolla qalib gələn Polşa təmsilçisi pley-off mərhələsinə yüksəlib. Varşava klubu qrup mərhələsinə gedən yolda son Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gələcək.

"Legiya" - "Qarabağ" görüşü oktyabrın 1-də, "Voyska Polskoqo" arenada keçiriləcək. Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacağı üçün həmin qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.