AVRO-2020-nin oyunları üçün bilet sifarişi ilə bağlı UEFA-ya rekord sayda müraciət daxil olub.

Open.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin turnirə olan marağı sayəsində bilet almaq müraciətlərinin sayı 28.3 milyona çatıb.

Bu rəqəm 2016-cı ildə Fransada təşkil olunan Avropa çempionatındakı bilet müraciətindən 2 dəfə çoxdur. Hazırda AVRO-2020-də yarışacaq 24 iştirakçı komandadan 20-sinin adı məlumdur. Qalan 4 komandanın kimliyinə isə mart ayında keçiriləcək pley-off görüşlərindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyul tarixlərində Avropanın 12 müxtəlif şəhərlərində keçiriləcək. Bu şəhərlərin arasında Bakı da var. Azərbaycan paytaxtı AVRO-2020-nin 3 qrup və 1 pley-off matçına ev sahibliyi edəcək.