AVRO-2020-nin seçmə mərhələsində İtaliya millisi son turda Ermənistan yığması ilə görüşüb.

Open.az xəbər verir ki, Palermoda keçirilən görüşdə İtaliya Ermənistanı 9:1 hesabı ilə məğlub edib. Hesab 8-ci dəqiqədə açılıb. Qolun müəllifi Çiro İmmobile olub. Bir dəqiqə sonra Nikolo ikinci qolu ermənilərin qapısından keçirib. 29-cu dəqiqədə isə Nikolo Barella komandasının 3-cü qolunu vurub.

Bir neçə dəqiqədən sonra isə İmmobil özünün ikinci, komandasının 4-cü topunu ermənilərin qapısından keçirib. Daha sonra Canilo, Alessio Romanoli, Jorjinyo, Rikkardo Orsolini və Federiko Kieza qol vurub. Ermənistan yığmasından isə yeganə qolun müəllifi Edqar Babayan olub.

Qeyd edək ki, bu gün AVRO-2020-nin seçmə mərhələsində daha üç qrupda mübarizəyə yekun vurulub. Belə ki, D, F və J qruplarında X turun oyunları keçirilib.

D qrupunun lideri Danimarka İrlandiyanın qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb və bu nəticə Danimarkanı final mərhələsinə yüksəldib. İsveçrə isə səfərdə Cəbəllütariqlə görüşüb və 6:1 hesablı qələbə qazanaraq Avropa çempionatına vəsiqə qazanıb.

AVRO-2020

Seçmə mərhələ, X tur

D qrupu

Cəbəllütariq – İsveçrə 1:6
Qol: Stixe, 74 – İtten, 10; 84. Varqas, 50. Fassnaxt, 57. Benito, 75. Caka, 86.

İrlandiya – Danimarka 1:1
Qol: Doherti, 85 – Breytveyt, 73.

İsveçrə – 17, Danimarka – 16, İrlandiya – 13, Gürcüstan – 8, Cəbəllütariq – 0.

J qrupu

Yunanıstan – Finlandiya 2:1
Qol: Mantalos, 47. Qalanopulos, 70 – Pukki, 27.

İtaliya – Ermənistan 9:1
Qol: İmmobile, 8; 33. Zaniolo, 9; 64. Barella, 29. Romanyoli, 72. Jorjinyo, 75-pen. Orsolini, 78. Kyeza, 81 – Babayan, 79.

Lixtenşteyn – Bosniya və Herseqovina 0:3
Qol: Çiviç, 57. Hodziç, 64; 72.

İtaliya – 30, Finlandiya – 18, Yunanıstan – 14, Bosniya və Herseqovina – 13, Ermənistan – 10, Lixtenşteyn – 2.

F qrupu

İspaniya – Rumıniya 5:0
Qol: F.Ruis, 8. Moreno, 33; 43. Rus, 45+1-öz qapısına. Oyarzabal, 90+2.

İsveç – Farer adaları 3:0
Qol: Andersson, 29. Svanberq, 72. Qvidetti, 80.

Malta – Norveç 1:2
Qol: Fenex, 40 – Kinq, 7. Sorlot, 62.

İspaniya – 26, İsveç – 21, Norveç – 17, Rumıniya – 14, Farer adaları – 3, Malta – 3.