İspaniyanın "Atletiko Madrid" klubu tarixinin ən bahalı transferini həyata keçirib.

Open.az "Benfika" klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Atletiko" 19 yaşlı futbolçusu Joau Felişi transfer edib.

Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 126 milyon avro təzminat ödəyəcək. Portuqaliyalı hücumçu ilə 5 illik müqavilə bağlanacaq, o, "Atletiko"nun heyətində illik 6 milyon avro qazanacaq.

Qeyd edək ki, Joau Feliş cari mövsümdə "Benfika"nın heyətində 43 matçda iştirk edib 20 qol vurub 11 məhsuldar ötürmə edib.

Manaf Qasımbəyli