“Atletiko” ciddi itki ilə üzləşib.

Open.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliks zədələnib.

İspaniya La Liqasının 9-cu turunda “Valensiya” ilə oyunda sağ ayaq topuğundan xəsarət alan portuqaliyalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.