25 illik həyat yoldaşı Elnurə xanımdan ayrılaraq ikinci dəfə ailə həyatı quran prodüser Anar Mədətov, ondan üz döndərən oğluna "İnstaqram"da jest edib.

Open.az xəbər verir ki, Prodüser ikinci dəfə ailə qurduğu üçün ata soyadıından imtina edən "Qarabağ"ın və millinin futbolçusu Mahir Əmrəlinin dünən "Apoel"ə vurduğu qolun videosunu paylaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk matçını səfərdə Kipr təmsilçisi "Apoel"ə qarşı keçirdiyi matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

Xatırladaq ki, atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Anar Mədətov ata soyadından və adından imtina etdiyini açıqlayıb.