Koronavirusa yoluxan "Arsenal"ın baş məşqçisi Mikel Arteta sağalıb.

Open.az xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında deyib:

"Hazırda tam sağalmışam. Özümü yaxşı hiss edirəm. Ancaq ailəm, qohumlarım, tanıdığım bir çox insan pandemiya ilə mübarizə aparmağa çalışır".

Qeyd edək ki, M.Artetada ötən ay koronavirus aşkarlanmışdı.