İngiltərə "Arsenal"ı koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranından çıxmaq üçün kredit götürüb.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Bankından 120 milyon funt-sterlinq borc alıb.

Kredit "topçular"a maddi zərərləri qismən ödəməyə imkan verəcək. Klub bu ilin mayınadək borcunu qaytarmalıdır.