İngiltərə Federasiya kubokunun final oyunu keçirilib.

Open.az xəbər verir ki, həlledici görüşdə Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib. Oyun “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kubokun sahibi olan “Arsenal” Avropa Liqasına vəsiqə qazanıb. Mikel Artetanın komandası birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.

Bu, "Arsenal"ın 14-cü Federasiya kubokudur. Londonluların çalışdırıcısı Mikel Arteta isə baş məşqçi kimi ilk kubokunu qazanıb.

Qeyd edək ki, “Arsenal” Premyer Liqada başa çatan mövsümü 8-ci, “Çelsi” isə 4-cü pillədə başa vurub.




1 avqust

İngiltərə Federasiya kuboku

Final


“Arsenla” – “Çelsi” - 2:1
Qollar:
Pulişiç, 5 (0:1), Obameyanq, 28-pen. (1:1), 67 (2:1)