“Çelsi”nin və Argentina millisinin qapıçısı Vilfrid Kabalyero 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında ölümlə təhdid olunduğunu açıqlayıb.

Open.az xəbər verir ki, “TBT Sports”a danışan qolkiper, dünya çempionatında Xorvatiya ilə oyundan (0:3) sonra tanımadığı insanların onu təhdid etdiyini bildirib:

“Xorvatiya ilə oyunda topa uğursuz zərbə endirdim və o gözlənilmədən Ante Rebiçin qarşısına düşdü. Əvvəllər belə bir şey etməmişdim. Şiddət təhdidləri də daxil olmaqla, çox mesaj aldım. Məni tənqid etmələrini başa düşə bilərəm, amma ölüm mesajları almaq başqadır. Bu, məni ailəm və gələcək haqqında çox düşündürdü”.