Argentinada B divizionuna yüksəlmək üçün pley-off mərhələsində qarşılaşan "Atletiko Alvarado" və "San Jorge" komandaları arasında keçirilən matç yarımçıq qalıb.

Open.az xəbər verir ki, ikinci hissənin əvvəlində "San Jorge" komandasının futbolçuları hakimin oyunu idarə etməsindən narazı qaldıqları üçün ona etiraz ediblər. Klubunun meydanda olan futbolçuları yerə oturub və matça davam etməyiblər. Bir neçə dəqiqə sonra ayağa qalxan futbolçular oyunu davam etirmək əvəzinə, meydançanı tərk ediblər.

Futbolçular bu addımı oyunun baş hakiminin ilk hissədə "San Jorge"nin 2 futbolçusuna qırmızı vərəqə göstərib və komandanı azlıqdda qoyması səbəbindən etdikləri .

Futbolçular matçın 53-cü dəqiqəsində etiraza başlayıblar. Bu zaman "Atletiko Alvarado" hesabda 1:0 öndə idi "San Jorge"nin meydanında keçirilən ilk matç isə qolsuz heç-heçə ilə başa çatıb. Argentina Futbol Federasiyasının matçın taleyi ilə bağlı qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, oyunun baş hakimi ilk hissədə "San Jorge"nin 2 futbolçusuna birbaşa qırmızı vərəqə göstərərək meydandan qovmuşdu.

Manaf Qasımbəyli