Argentina milli komandasının sabiq baş məşqçisi Karlos Bilardoda koronavirus aşkarlanıb.

Open.az xəbər verir ki, 82 yaşlı mütəxəssis müalicə kursu keçdiyi qocalar evində yoluxub. Lakin xəstəlik özünü simptomsuz göstərir.

Qeyd edək ki, Karlos Bilardo Argentina yığmasına 1983 - 1990-cı illərdə rəhbərlik edib. O, komandaya DÇ-1986-da qızıl, DÇ-1990-da gümüş medal qazandırıb. Bilardo yerli "Boka Huniors", "Estudiantes", İspaniya "Sevilya"sı kimi klublarda və Liviya millisində də çalışıb.