Türk müğənni Berkayın burnunu sındırması xəbərləri ilə gündəmə gələn Arda Turanın məhkəməsi keçirilib.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə A.Turana 2 il 8 ay həbs cəzası verilib.

Futbolçu cinsi təcavüzə görə isə bəraət alıb.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Türkiyə millisinin və “Başakşəhər” klubunun futbolçusu Arda Turan müğənni Berkay Şahini döyüb. Ulduz futbolçu müğənni ilə mübahisə etdikdən sonra onun burnunu qırıb. Davadan sonra Berkay xanımı ilə birlikdə xəstəxanaya yollanıb.

Gülnar Qafarlı