Türkiyə "Qalatasaray"ının futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.

Open.az-ın məlumatına görə, bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".

Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.