Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.

Open.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin çıxış etdiyi "Boluspor" klubu növbəti matçına çıxıb.

Səfərdə "Adana Dəmirspor"la qarşılaşan "Boluspor" görüşdən 1 xalla ayrılıb - 1:1. Araz yeni komandasındakı debüt matçında 70-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, geridə qalan 2 turdan sonra aktivində 1 xal olan "Boluspor" 18 komanda arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.