"Ümid edirəm ki, milli komanda ilə titul qazanacağıq".

Open.az xəbər verir ki, bunu Argentina millisinin futbolçusu Serxio Aquero Amerika Kubokundan əvvəl "Fox Sport"a müsahibəsi zamanı bildirib.

30 yaşlı hücumçu Amerika kubokunu özündən çox Messi üçün qazanmaq istədiyini bildirib: "Bütün komanda Amerika Kubokunda qalib olmaq istəyir. Mən kuboku özümdən çox Messi üçün qazanmaq istəyirəm. Argentina millisi uzun illərdir ki, titulsuzdur. Ümid edirəm ki, bir gün bu həsrətə son qoyacağıq".

Qeyd edək ki, Argentina millisi Amerika Kubokunda B qrupunda Kolumbiya, Paraqvay və Qətər yığmaları ilə mübarizə aparacaq.

Manaf Qasımbəyli