"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/4 finalın cavab görüşündə "Tottenhem"ə qarşı fərqlənməklə ilkə imza atıb.

Open.az xəbər verir ki, görüşün 59-cu dəqiqəsində fərqlənən argentinalı forvard karyerasında ilk dəfə olaraq Çempionlar Lİqasının 1/4 final mərhələsində qol vurmağı bacarıb.

Buna qədər 31 yaşlı forvard "Mançester Siti" və "Atletiko Madrid"in heyətində 1/4 final mərhələsində fərqlənə bilməmişdi.

Manaf Qasımbəyli