"Mançester Siti" klubunun futbolçusu Serxio Aquero Dünya Çempionatından sonra ilk dəfə milli komandaya çağrılıb.

Open.az xəbər verir ki, 30 yaşlı hücumçunun adı Argentina yığmasının Amerika Kuboku üçün çağırılan 40 nəfərlik siyahıya əlavə edilib.

Aquero sonuncu dəfə DÇ-nın 1/8 final mərhələsində Fransa millisinə qarşı matçda iştirak etmişdi.

Qeyd edək ki, Argentina yığması Amerika Kubokunun qrup mərhələsində Kolombiya, Paraqvay və Qətər yığmaları lə qarşılaşaaq.

Manaf Qasımbəyi