Amerika Kubokunun C qrupunda keçirilən Uruqvay - Çili matçında kuryoz hadisə baş verib.

Open.az xəbər verir ki, Uruqvayın futbolçusu Luis Suarez rəqib cərimə meydançasında komanda yoldaşına ötürmək istəyərkən Çilinin qapıçı topa əllə toxunub. 31 yaşlı hücumçu bu epizoda görə bir anlıq baş hakimdən penalti təyin etməsini tələb edib. Lakin bir neçə saniyə sonra Suarez səhv etdiyini anlayıb və oyuna davam edib.

Qeyd edək ki, matç Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Manaf Qasımbəyli