Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura start verilib.

Open.az xəbər verir ki, tura Dortmundda start verilib.

Mərkəzi qarşılaşmada turnir cədvəlinin lideri "Bavariya" səfərdə ən yaxın izləyicisi "Borussiya"nın qonağı olub. Görüş Münhen təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Bu nəticədən sonra "Bavariya" 64 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.