"Bavariya"nın futbolçusu Tiaqo Alkantaranın "Liverpul"a keçidi rəsmiləşib.

Open.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Britaniya mətbuatı "Liverpul"un bu transfer üçün 30 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Alkantara ötən mövsüm Bundesliqada 24 matçda 3 qol vurub.