Çili millisinin və "İnter"in futbolçusu Aleksis Sançes topuğundan əməliyyat olunub.

Open.az İtaliya klubunun saytına istinadən xəbər verir ki, əməliyyat uğurla keçib. Onun bərpa müddətinin ən azı 3 ay çəkəcəyi bildirilib. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu üçün 2019-cu il erkən başa çatıb.

Qeyd edək ki, Sançes Kolumbiya ilə yoxlama oyununda (0:0) zədələnib.