Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.

Open.az-ın məlumatına görə, bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Turnir 2022-ci ilin yanvarında olacaq.

Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı.

Turnir daha əvvəl 2021-ci ilin iyuluna təyin edilmişdi. Afrika Millətlər Kubokunun təxirə salınması 2023-cü ildə Kot d İvuarda keçiriləcək analoji yarışa da təsir edə bilər.