AFFA İntizam Komitəsi U-17 və və U-16 liqasında çıxış edən iki komandanı cəzalandırıb.

Open.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, U-17 Liqasında keçirilməli olan “Səbail” – “Xəzər Lənkəran” oyunu qonaq komandanın təyin olunan vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Buna görə də Lənkəran təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. U-16 Liqasının “Xilə” – “Zirə” oyununda isə meydan sahibləri eyni səbəbdən oxşar cəzaya məruz qalıb.

Region Liqasında keçirilən “Neftçala” - “Ərkivan” oyununda isə “Neftçala” komandasının heyətində protokolda adı qeyd edilməyən Sehran Babayevin oynamasına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.