Yanvarın 29-da AFFA-nın növbəti Konfransı keçiriləcək.

Open.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında keçiriləcək növbəti Konfrans saat 11:00-da başlayacaq.