Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Open.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 18:00-da başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi, aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi və digər məsələlər daxildir.