AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Open.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XIII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

Premyer Liqanın XIII turunun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIII turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
Premyer Liqanın XIII turunun “Səbail” – “Neftçi” matçında “Səbail” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu ilə “Neftçi” klubunun meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir;
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 azn cərimə olunur;
“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır;
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur.