Polis təcavüzlə günahlanıdırılan Brazilya milli komandasının və PSJnin hücumçusu Neymarı məhkəməyə çağırıb və onun telefonunu müsadirə edib.

Open.az xəbər verir ki, polis Brazilya millisinin məşq bazasında 45 dəqiqə Neymarın məşqə gəlib iyunun 7-də məhkəmədə ifadə verəcəyini təsdiqləyən sənədi imzalamağını gözləyib.

Brazilya Futbol Konfederasiyası 26 yaşlı futbolçunun növbəti həftə yoldaşlıq görüşündən sonra məhkəməyə gedib ifadə verməsində razılığa gəlib. Polis həmçinin qadının gizli şəkillərini çəkməkdə şübhəli bilinən Neymarın telefonunu da müsadirə edib.

Qeyd edək ki, San Pauloda bir qadın Neymarın ona təcavüz etdiyini bildirərək futbolçunu polisə şikayət edib. Şikayətçi hadisənin mayın 15-də Parisdəki otellərdən birində olduğunu bildirib.

Manaf Qasımbəyli