21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib.

Open.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Milan Obradoviçə həvalə olunub. Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib.

Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyada anadan olub.