Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısını dərc edib.

Open.az xəbər verir ki, siyahı hazırlanarkən 2001-ci ildən 2020-ci ilə qədər vurulan bütün qollar nəzərə alınıb.

İlk pillədə "Yuventus"un hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı hücumçu bu illər ərzində 462 qol vurub.

İkinci pillədə 451 qol vuran "Barselona"nın hücumçusu Lionel Messi yer alıb. "Milan"ın forvardı Zlatan İbrahimoviç 379 qolla 3-cü olub.


21-ci əsrdə milli çempionatların ən çox qol vuran 10 bombardiri

1.Kriştiano Ronaldo - 462 qol
2.Lionel Messi - 451
3.Zlatan İbrahimoviç - 379
4.Luis Suares - 332
5.Aleksandar Duriç - 304

6. Ali Aşfak - 287
7 .Robert Levandovski - 285
8. Samuel Eto'o - 282
9. David Vilya - 280
10. Martin Kamburov - 278