"İsmayıllıda baş verən zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmayıb".

Bu sözləri Open.az-a açıqlamasında İsmayıllı rayon İcra hakimiyyəti başçının birinci müavini Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, zəlzələnin episentri İsmayıllıda olsa da, ciddi zərər yoxdur: "Ancaq əvvəldən qəzalı vəziyyətdə olan, köhnə tikili evlərdə çatlar əmələ gəlib. Qalan heç bir xəsarət və dağıntı yoxdur".

Şəfiqə Nazimqızı