Şəki rayonunun Çayqaraqoyunlu kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Open.az-a verilən məlumata görə, ümumilikdə 412 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 759 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.