Avqustun 23-nə keçən gecə Azərbaycanın şimal bölgəsinə qar yağıb.

Open.az xəbər verir ki, Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə yağan qarın hündürlüyü bir neçə santimetrə çatıb.

Yağan qarın ilk görüntülərini jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşıb.