Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Open.az-a verilən məlumata əsasən, görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış şəhərin yeni yaşıllıq planı əsasında aparılır.

Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik olan ağcaqayın ağaclarından da istifadə olunur. Gün ərzində Birliyin əməkdaşları tərəfindən müxtəlif tikinti və məişət tullantılarından təmizlənmiş sahələrdə, magistral yol kənarlarında 500 ədəd yeni ağac əkilmiş, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilmişdir.

Mövsüm ərzində Bakı şəhərində 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaqdır.

Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcəkdir.

Paytaxtda mövsümi ağacəkmələr aparılır (FOTO) - Gallery Image