Fevralın 5-də İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verib.

Open.az xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun jurnalistlərə verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

İlkin araşdırmalar nəticəsində zəlzələnin episentrinin Basqal kəndindən 5 km şimal-qərbə təsadüf etdiyi məlum olub. Episentrdə isə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

Birinci təkan qısamüddətli, ikinci təkan isə nisbətən uzunmüddətli hiss edilib. Məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb.

Hazırda dəqiqləşdirmələr aparılır.

Şəfiqə Nazimqızı