Qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb.

Şahdağ Miili Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini görmək mümkündür. Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb. Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.

Open.az milli parklardan qar görüntülərini təqdim edir.