Çin kəndlərindən birindəki çayda insan üzünə bənzər başı olan balıq görüntülənib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, kənd sakini qadın bulanıq suda sözügedən balığı görəndə sahilə qaçaraq telefonu ilə onun videosunu çəkib.

Əslində sözügedən balıq yerli ərazidəki sularda yaşayan adi çay balığıdır. Lakin onun baş hissəsi digərlərindən fərqi olaraq insan üzünə oxşayır.

Həmin videonu təqdim edirik: