Azərbaycanda həftəlik hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Open.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftə ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti arasında dəyişəcək.

Azərbaycanın rayonlarında həftə ərzində hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti arasında dəyişəcək.