Havada toz dumanı müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətindən Open.az-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.