"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü qiymətsiz bir aksiyadır" .

Open.az xəbər verir ki, bunu Trend-ə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov deyib.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışı ilə ağac əkməyi olduqca şərəfli bir iş adlandırıb:

“Mən özüm də ağac əkməyi çox xoşlayıram. Nəsiminin yubileyi ilə əlaqədar ağac əkmək isə ikiqat şərəfli bir işdir. Əminəm ki, bu ağaclar böyüyəcək və burada böyük bir bağ olacaq. Bundan yaxşı nə ola bilər ki?! Mən bu gün həqiqətən özümü çox xoşbəxt hiss edirəm”.