Abşeron rayonunda may ayının 5-dən başlayaraq dəniz suyundan bir neçə dəfə təkrar nümunələr götürülüb və analiz olunub.

Open.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, Nabran, Türkan, Hövsan ərazisindən götürülən nümunələrin laborator müayinəsi davam edir və qısa müddətdə nəticələr açıqlanacaq: "Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılması ilə bağlıdır. Son 10 illə müqayisədə bu istiqamətdə nisbətən yaxşılaşma var. Yəqin yaxın illərdə o ərazilərin aylarında da dəyişiklik hiss edəcəyik".

Z.Kazımov vurğulayıb ki, dəniz suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur: "Ölkə ərazisində kanalizasiya, su xətlərinin yenidən qurulur. Yaxın dövrdə dövlət proqramına uyğun çirkləndiricilərin qarşısı alınacaq".

Şəfiqə Nazimqızı