Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Open.az-a verilən məlumata görə, mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.