Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Open.az-a verilən məlumata görə, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.